RU

Polşaya hücuma Moskvadan REAKSİYA – “Zelenski dronlarımızı ələ keçirərək Polşaya zərbə endirib” – ÖZƏL

Sentyabrın 9-dan 10-na keçən gecə Rusiya ordusuna məxsus zərbə dronları Polşanın hava məkanını pozub. Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, gecə saatlarında Rusiyaya məxsus dronlar Ukrayna sərhədini keçərək Polşanın hava məkanına daxil olub və Zamoş şəhəri istiqamətində hərəkət edib. Bu şəhər Ukrayna sərhədindən təxminən 60 km uzaqlıqda yerləşir.

Hurriyyet.az xəbər verir ki, Polşa hərbi hava qüvvələri təhlükənin qarşısını almaq üçün aviasiyanı havaya qaldırıb, dörd aeroport bağlanıb.

Bəs sözügedən hücum Rusiya-Polşa müharibəsinə səbəb ola bilərmi?

Mövzu ilə bağlı Rusiya Siyasi Araşdırmalar Mərkəzinin müdir müavini Daria Qrevtsova Bizim.Media-ya danışıb.

Qrevtsova bidlirir ki, Ukraynaya Rusiyadan təxminən 400-dən bir qədər çox dronla hücum olub. Bu, isə ən böyük hücum deyil. Amma Zelenski, çox güman ki, bu vəziyyətdən istifadə edərək, həmin dronların bir qisminin – təxminən 8 dronun – Polşanın hava məkanına daxil olduğunu və beləliklə də hava məkanını pozduğunu göstərməyə çalışıb:

“Bəs Polşa niyə belə reaksiya verdi? Axı əvvəllər də tək-tək dronlar hava məkanını pozurdu və hamı susurdu, bunu adi hal kimi qəbul edirdi. İndi isə Zelenski üçün Rusiyadan Polşaya və digər ölkələrə böyük təhdid olduğunu göstərmək çox vacibdir. Bununla o, Donald Trampın Rumıniya və Polşada hava hücumundan müdafiə sistemləri yerləşdirməsinə nail olmaq istəyir.

Eyni ssenari Bolqarıstanda Ursula fon der Lyayenlə də yaşandı. İddia olundu ki, o, Rusiyanın müdaxiləsinə görə hava limanına enə bilməyib. Vilnüsdə də prezidentin enməsinə imkan verilmədi və yenə Rusiyanı günahlandırdılar. İndi isə, dron hücumları başlayanda, Zelenskinin hətta bəzi rus dronlarını ələ keçirərək, onları Polşaya yönləndirməsi mümkündür”.

Qrevtsova iddia edir ki, məqsəd – mediada mövzu yaratmaq, təhlükə görüntüsü formalaşdırmaqdır:

“Ola bilsin, hətta Polşa prezidenti ilə də bu məsələdə razılıq olub, çünki onların münasibətləri kifayət qədər müttəfiqlik xarakteri daşıyır. Məqsəd Rusiyanın imicinə zərbə vurmaq, hava məkanını pozmaqda günahlandırmaq və Trampı PVO sistemlərini yerləşdirməyə məcbur etməkdir. Bunun indi bu qədər önəmli olmasının səbəbi isə barışıqla bağlı danışıqların getməsidir.

Gizli məlumatlara görə, Zelenski ümumilikdə Donbası Rusiyaya verməyə və barışığa getməyə hazırdır. Amma o, bunun müqabilində şərtlərinin yerinə yetirilməsini istəyir. Bu şərtlərdən biri də NATO ölkələrinin qoşunlarının Ukraynada yerləşməsi və ölkəni müdafiə etməsidir.

Rusiya düşünür ki, NATO qoşunları Ukrayna ərazisinə girməkdən ehtiyatlanır, çünki Rusiya bunun ağır nəticələri olacağı barədə xəbərdarlıq edib. Bu nəticələrin qarşısını almaq üçün isə ABŞ-ın HHM sistemi Ukraynanın hava məkanını qorumalıdır.

Həmin silahlar yalnız Polşa və Rumıniyada yerləşdirilərsə, effektiv ola biləcək.

“Buna görə də Zelenski indi, barışıqdan əvvəl, ABŞ-dan bunu qoparmağa çalışır. ABŞ isə HHM sistemləriniyerləşdirməyə tələsmir. Ona görə də xüsusi kampaniya yaradılır, Polşada iclaslar keçirilir, Rusiyanın guya aqressiv hərəkətləri müzakirə olunur, mediada Rusiyadan qorunmaq lazım olduğu barədə səs-küy yaradılır.

Nəticə etibarilə demək olar ki, bu, Ukrayna Prezidenti Zelenskinin xüsusi planlaşdırdığı bir aksiyadır. O, rus dronlarından istifadə edərək, Polşaya yönləndirib və guya Rusiyanın Polşaya qarşı aqressiyası olduğunu göstərməyə çalışıb.

Məqsəd isə ABŞ-ı Polşa və Rumıniyada HHM sistemi yerləşdirməyə razı salmaqdır. Çünki əvvəl də dronlar Polşaya düşmüşdü, amma bu qədər səs-küy olmamışdı. Hətta bir Ukrayna dronu iki polşalının ölümünə səbəb olmuşdu, amma ciddi reaksiya verilməmişdi. İndi isə xüsusi olaraq bu qədər hay-küy salınır və Zelenski bundan hədəflərinə çatmaq üçün istifadə edir”, -deyə Qrevtsova əlavə edib.

Bizim.Media

Избранный
47
2
hurriyyet.az

10Источники