RU

Ukrayna Aİ dən daha 1 milyard avroluq maliyyə yardımı alıb

Apa.az saytına istinadən ain.az xəbər verir.

Avropa İttifaqı (Aİ) dondurulmuş Rusiya aktivlərindən əldə olunan vəsait hesabına Ukraynaya daha 1 milyard avro makro-maliyyə yardımı göndərib.

APA-nın məlumatına görə, bu barədə Ukraynanın Baş naziri Yuliya Sviridenko “X”də bildirib.

Onun sözlərinə görə, bu yardım Avropanın Rusiyanın artan raket hücumları və destabilizasiya cəhdlərinə qarşı Ukraynanın müdafiəsini və dayanıqlılığını gücləndirmək əzmindən xəbər verir.

Sviridenko həmçinin Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenə və Komissiyanın İqtisadi və Maliyyə məsələləri üzrə vitse-prezidenti Valdis Dombrovskisə təşəkkür edib:

“Bu vəsaitlər insanların qorunmasına, şəhərlərin bərpasına və Ukraynanın Avropa gələcəyinin təmin edilməsinə xidmət edir. Təcavüzkar cavabını alacaq. Ədalət qalib gələcək.”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
6
6
apa.az

9Источники