AZ

Aİ Ukraynaya daha 1 milyard avro maliyyə yardımı ayırdı

Avropa İttifaqı (Aİ) dondurulmuş Rusiya aktivlərindən əldə olunan vəsait hesabına Ukraynaya daha 1 milyard avro makro-maliyyə yardımı göndərib.

Modern.az-ın məlumatına görə, bu barədə Ukraynanın Baş naziri Yuliya Sviridenko “X”də bildirib.

Onun sözlərinə görə, bu yardım Avropanın Rusiyanın artan raket hücumları və destabilizasiya cəhdlərinə qarşı Ukraynanın müdafiəsini və dayanıqlılığını gücləndirmək əzmindən xəbər verir.

Sviridenko həmçinin Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenə və İqtisadiyyat və Məhsuldarlıq, Tətbiq və Sadələşdirmə üzrə Komissar Valdis Dombrovskisə təşəkkür edib:


“Bu vəsaitlər insanların qorunmasına, şəhərlərin bərpasına və Ukraynanın Avropa gələcəyinin təmin edilməsinə xidmət edir. Təcavüzkar cavabını alacaq. Ədalət qalib gələcək.”

Seçilən
0
6
modern.az

9Mənbələr