RU

TƏBİB-in sevimli şirkəti- “Medsol”: 7 ayda 22 milyonluq tender mübhəmi

TƏBİB-in tabeliyində olan İnnovasiya və Təchizat Mərkəzi daha bir tenderi keçirib. Tribunainfo.az xəbər verir ki, “köhnə tanışı” ilə anlaşam Mərkəz tibb müəssisələrinin mərkəzi sterilizasiya bölmələri üçün tibbi sərf malları alacaq.

Bununla bağlı “MEDSOL” MMC ilə 371 min 195 manatlıq müqavilə bağlanılıb.

Qısa araşdırma zamanı məlum olub ki, 2025-ci il ərazində İTM-lə şirkət arasında bahalı tenderlərin sayı heç də az olmayıb. Məsələn, avqustun 11-də nəticələri açıqlanan tenderə əsasən İnnovasiya və Təchizat Mərkəzi “Medsol”la 20 milyon 901 min 546 manatlıq müqavilə bağlayıb. Həmin müqaviləyə əsasən şirkət Mərkəzə klinik biokimya, hormon, seroloji, immunoloji və digər adda müayinələrinin istifadəsi üçün nəzərdə tutulmuş laboratoriya testləri alacaq.

Bundan öncə isə daha iki tenderdə də anlaşan tərəflər toplam 1.3 milyon manatdan artıq alış-veriş ediblər. Məsələn, 29.07.2025-ci il tarixdə nəticələri açıqlanan tendderə əsasən şirkət Mərkəzə 840 min 406 manatlıq ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına və uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair tədbirlər ilə bağlı xərclər çərçivəsində sərfiyyat malları satıb.

Fevral ayında isə “Medsol” Mərkəzə 521 min 713 manat dəyərində “Maqnit Rezonans Tomoqrafiya (MRT) avadanlıqları üçün maye halında helium qazının (dolum xidmətləri daxil) və ehtiyyat hissələri satıb.

Ümumi nəticə budur ki, İTM sözügedən şirkətə 7 ayda toplam 22 milyon 634 min 860 manatlıq satınalma müqaviləsi imzalayıb.

Tribunainfo.az xəbər verir ki, MMC-nin hazırda nizamnamə kapıtalı 17 milyon 975 min 215 manat təşkil edir. “Medsol” MMC  2013-cü ildə yaradılıb, ötən ilin göstəricilərinə görə nizamnamə kapitalı 100 AZN təşkil edib. Şirkətin qanuni təmsilçisi Qabil Salmanov Nazim oğludur. Hüquqi ünvanı isə Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi, ev 2F, m. 0-da yerləşir.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Fərda Uğur

Избранный
5
3
tribunainfo.az

4Источники