
Son günlər ABŞ mediasında və beynəlxalq analitik dairələrdə BRICS ölkələrinin təşəbbüsləri Vaşinqtonda ciddi müzakirələrə səbəb olub. Mövzuya “dollar dövrünün sonu” kimi yanaşmalar yayılsa da, ekspertlər bunu daha çox strateji narahatlıq kimi qiymətləndirirlər.BRICS ölkələri milli valyutalarda ticarəti artırmaq, yeni ödəniş sistemləri yaratmaq və hətta ehtiyat valyuta formalaşdırmaq istiqamətində addımlar atır. Rusiya və Çin artıq ticarətin 90 faizindən çoxunu öz milli valyutalarında həyata keçirir. Kreml isə milli valyutalara əsaslanan yeni iqtisadi modelin zəruriliyini vurğulayır.ABŞ isə bu prosesləri diqqətlə izləyir. Prezident Donald Tramp BRICS-i “dolların dominantlığını sarsıtmaq” cəhdində ittiham edərək, bu siyasətə qoşulan ölkələrə əlavə tariflər tətbiq etməklə hədələyib.Bununla belə, analitiklərin fikrincə, dolların rezerv valyuta statusunun tam itirilməsi yaxın illərdə real görünmür. Lakin BRICS-in təşəbbüsləri çoxvalyutalı iqtisadi modelə doğru sürətli hərəkətin işarəsi kimi qiymətləndirilir.Ulusum.az
Diqqət Çəkənlər
İsrail Qətərdə HƏMAS rəhbərliyinə zərbə endirdi
Qətərdəki zərbə – ABŞ əvvəlcədən xəbərdar idi
Aİ ilə Rusiya arasında münasibətlərdəki böhranın səbəbi məlum olub