RU

Prezidentimiz xalqla dövlət arasında körpünü daha da gücləndirəcək... - QHT sədri

Prezidentimiz xalqla dövlət arasında körpünü daha da gücləndirəcək... - QHT sədri

Prezident İlham Əliyevin apardığı xarici siyasət bu gün Azərbaycanın dünyadakı mövqeyini gücləndirib, dövlətimizin nüfuzunu artırıb.

Güclü liderlik, milli maraqlara əsaslanan mövqe və prinsipal diplomatiya sayəsində ölkəmiz bölgədə və dünyada söz sahibi olan dövlətə çevrilib. Bu, hər bir azərbaycanlının qürur duyduğu reallıqdır.

Lakin eyni zamanda ölkə daxilində bir sıra ciddi islahatlara ehtiyac olduğu danılmazdır. Xalqın inam və etimadını qazanan dövlət başçısının etimaddan sui-istifadə edənlər var. Onların fəaliyyəti bəzən xalqın rifahına deyil, yalnız şəxsi maraqlarına xidmət edir. Ən acınacaqlısı isə budur: xalqı soğan kimi soyaraq süni problemlər yaradan, vətəndaşı narazı salan məmurlar dövlətin siyasətinə kölgə salırlar.

Bəzi hallarda isə bu narazılıq təsadüfi yox, məqsədyönlü şəkildə yaradılır. Xalqla dövlət arasında uçurum yaratmaq istəyən qüvvələr sanki məmur maskası altında xalqın inamını sarsıtmağa çalışır. Bu isə birbaşa dövlətçilik prinsipinə ziddir və qarşısı qətiyyətlə alınmalıdır.

Biz əminik ki, Prezident İlham Əliyev xalqla dövlət arasında olan etimad körpüsünü daha da möhkəmləndirəcək. Daxildə şəffaflıq, ədalət və məsuliyyət prinsipləri gücləndikcə Azərbaycan daha da güclü olacaq!

Biz, islahatları dəstəkləyir, hər bir ədalətsizliyə qarşı Prezidentimizin yanında olduğumuzu bəyan edirik!

Yaşasın Azərbaycan!Biz birlikdə güclüyük!Xalq-Prezident birliyi daim qalib olacaq!

Mahirə ƏmirhüseynovaXXI Əsrin Qadınlar İctimai Birliyinin sədri

Избранный
31
6
afn.az

7Источники