RU

Gürcüstanın digər ölkələrlə sərhəd məntəqələrinə qədər tranzit vaxtı beş saatdan üç saata azaldılacaq

Azərbaycan-Gürcüstan sərhədindən Gürcüstanın digər ölkələrlə sərhəd məntəqələrinə qədər tranzit vaxtı indiki beş saat əvəzinə təxminən üç saata qədər azalacaq. BunuAzərbaycan-Gürcüstan sərhədindən Gürcüstanın digər ölkələrlə sərhəd məntəqələrinə qədər tranzit vaxtı yeni avtomobil yollarının tikintisi sayəsində təxminən üç saata qədər azalacaq. Bunu Gürcüstanın "Metro Logistics" şirkətinin icraçı direktoru Rostomi Lejava bildirib. 

Onun sözlərinə görə, yük daşınmada nəqliyyat vasitəsinin dəyişdirilməsi və ya konteynerlərin çatdırılması zamanı sənədləşmə prosedurları vaxt aparır. Yük maşını ilə gətirilən yükləri çatdırılma xidməti ilə göndərmək istəyəndə bir sıra mürəkkəb prosedurlardan keçmək tələb olunur. Fiziki daşınma sürətli olsa da, sənədlərin hazırlanması və icazələrin alınması çox vaxt alır. Nəticədə, nəqliyyat vasitəsi dəyişilsə də, dəyişməsə də, sənədləşmə prosesi yüklərin vaxtında çatdırılmasında əsas rol oynayır.

O həmçinin əlavə edib ki, Anakliya dərin özüllü dəniz limanının tikintisi vacibdir. 

“Tikinti işlərinin 2029-cu ilə qədər tamamlanması planlaşdırılır. Liman istifadəyə verildikdən sonra 18 minə yaxın konteynerin aşırılması mümkün olacaq. Bu, təkcə Gürcüstan üçün deyil, həm də Azərbaycan, Qazaxıstan və Çin üçün dönüş nöqtəsi olacaq”,-o bildirib.

Aytac

Избранный
29
2
anews.az

3Источники