RU

Çexiya şirkəti Azərbaycan bazarına çıxmaq niyyətindədir.

Marja.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Çexiya şirkəti Azərbaycan bazarına unikal təmizləmə texnologiyaları ilə çıxmaq niyyətindədir. 

Bunu  Çexiyanın "Mega AS" şirkətinin nümayəndəsi Mixayıl Yirdasek Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı – "Baku Water Week"də (Bakı Su Həftəsi) çərçivəsində bildirib. 

Onun sözlərinə görə, "Mega AS" dünyada elektromembran texnologiyaları üçün şəxsi membranlarını istehsal edən yeganə şirkətdir: "Bazardakı iki əsas rəqiblərimizdən fərqli olaraq biz həm su təmizlənməsi, həm də yeyinti sənayesi üçün elektromembran texnologiyaları istehsal edirik". 

© "Report"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
65
1
marja.az

2Источники