RU

İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsində qalacağını bəyan edib

İran Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən çıxmayacaq.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) Baş direktoru Rafael Qrossi məlumat verib.

Onun sözlərinə görə, İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsi çərçivəsində qalmağa hazır olduğunu bəyan etməsi ümidvericidir.

“Bizim üçün sevindirici olan isə İranın bu müqavilədən çıxmamaq və beynəlxalq yayılmaya qarşı rejimdə işləməyə davam etmək niyyətini bəyan etməsidir. Eyni zamanda, İran öz narahatlıqlarını da ifadə etdi. Beynəlxalq təşkilat kimi bizim əsas vəzifəmiz isə bu narahatlıqları dinləmək və onları həll etmək üçün yollar və vasitələr tapmaqdır”, - o əlavə edib.

Qrossi AEBA-nın İranla yoxlama bildirişləri və onların icrası ilə bağlı texniki sənəd əldə etdiyini qeyd edib.

Xatırladaq ki, AEBA və İran ötən gün nüvə obyektləri ilə bağlı yoxlamaların bərpası ilə bağlı razılığa gəlib.

"Cebheinfo.az" 

Избранный
9
6
cebheinfo.az

7Источники