RU

Azərbaycan və Macarıstan bu sahədə əməkdaşlıq edəcək - FOTOLAR

II Bakı Su Həftəsi çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və Macarıstan Su İdarəçiliyi Baş İdarəsi arasında Anlaşma Memorandumu imzalanıb.

"Cebheinfo.az" xəbər verir ki, sənəd su ehtiyatlarının idarə olunması, daşqın və quraqlıq risklərinin azaldılması, həmçinin innovativ texnologiyaların tətbiqi istiqamətində əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur.

Memorandum çərçivəsində tərəflər arasında birgə layihələrin icrası, təcrübə və məlumat mübadiləsi, eləcə də beynəlxalq təşəbbüslərdə qarşılıqlı əməkdaşlıq nəzərdə tutulub.

Memorandum Azərbaycan və Macarıstan arasında su ehtiyatlarının davamlı idarə olunması üzrə əməkdaşlığın yeni mərhələsini təşkil edir.

"Cebheinfo.az" 

Избранный
13
3
cebheinfo.az

4Источники