RU

Rusiyanın müvəqqəti işlər vəkili Polşa XİN-ə çağırılıb

Rusiyanın Polşadakı səfirliyinin müvəqqəti işlər vəkili Andrey Ordaş Polşa Xarici İşlər Nazirliyinə çağırılıb...

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə rusiyalı diplomat RİA Novosti-yə bildirib.

O, Polşaya dron hücumu ilə bağlı bəyanatlar fonunda XİN-ə çağırıldığını qeyd edib.
Ordaş Polşa hakimiyyətinin öz ərazisi üzərində vurulan PUA-ların Rusiya mənşəli olması ilə bağlı bəyanatlarını əsassız adlandırıb: “Bu dronların Rusiya mənşəli olduğuna dair heç bir sübut təqdim edilməyib”.
Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumu zamanı Polşanın hava məkanı dronlar tərəfindən dəfələrlə pozulub.

Polşa qırıcı təyyarələrinin ölkənin hava məkanını pozan ən azı 4 pilotsuz təyyarəni vurduğu bildirilir.
Polşanın hava məkanına naməlum obyektlərin daxil olması səbəbilə Varşava və Rzeşov şəhərlərində hava limanları bağlanıb.

Poliqon.info

Избранный
7
30
poliqon.info

10Источники