"Bu günlərdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin Amerika Birləşmiş Ştatlarında (ABŞ) keçirdiyi yüksək səviyyəli görüşlər iki ölkə arasında əlaqələrin daha da dərinləşməsinin göstəricisidir. Bu səfər heç də təsadüfi deyil, münasibətlər yeni mərhələyə qədəm qoyur".
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov komitənin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.
Deputat Azərbaycan Milli Məclisi ilə ABŞ Konqresi arasında parlamentlərarası dialoqun yaxın gələcəkdə daha da intensivləşəcəyini vurğulayıb. Bu məqsədlə qarşıdakı payız sessiyasında bir sıra tədbirlərin təşkili nəzərdə tutulur. Onun sözlərinə görə, bu təşəbbüslər Azərbaycan-ABŞ münasibətlərində institusional əməkdaşlığın gücləndirilməsinə xidmət edəcək.