RU

Tusk hökumətin fövqəladə iclasını çağırıb

Ayna saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Baş nazir Donald Tusk milli təhlükəsizlik məsələlərinə cavabdeh olan nazirlərlə görüş keçirir"

Polşanın Baş naziri Donald Tusk Rusiya PUA-larının ölkənin hava məkanını pozması səbəbindən hökumət üzvlərini səhər tezdən təcili iclasa çağırıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə hökumət sözçüsü Adam Szlapka “X” sosial şəbəkəsində məlumat verib.

"Baş nazir Donald Tusk milli təhlükəsizlik məsələlərinə cavabdeh olan nazirlərlə görüş keçirir", - sözçü qeyd edib.

Prezident Karol Navroçki hadisələrlə bağlı məlumat aldığını və tezliklə Milli Təhlükəsizlik Bürosunda hökumət başçısının iştirak edəcəyi brifinq keçirəcəyini bildirib.

Qeyd edək ki, sentyabrın 10-na keçən gecə Polşa Ukraynaya qarşı kütləvi hücum zamanı Rusiya PUA-larının öz hava məkanını pozması barədə məlumat verib və ilk dəfə olaraq onları vurub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
34
ayna.az

1Источники