RU

Azərbaycanda qeydiyyata alınan xarici investisiyalı şirkətlərin sayı məlum olub

2025-ci ilin sentyabr ayının 1-ə respublika üzrə 1.645.546 vergi ödəyicisi uçota alınıb.

"APA-Economics" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, vergi ödəyicilərinin 86,9 faizi fiziki şəxs,13,1 faizi hüquqi şəxs və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 4,8 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,4 faiz, hüquqi şəxslərin sayı 7,3 faiz artıb.

Sentyabr ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz artaraq 199.530 vahid təşkil edib. 2025-ci ilin yanvar-avqust aylarında 9.419 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bunun da 88,7 faizi yerli investisiyalı, 11,3 faizi xarici investisiyalıdır.

Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,9 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,1 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb.

Kommersiya qurumlarının 84,8 faizi elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 96,2 faiz təşkil edib.

Избранный
35
13
apa.az

10Источники