RU

Nazirliyin Aparatının rəhbəri Fuad Musayev Şirvan şəhərində vətəndaşları qəbul edəcək

Xalq qazeti portalından verilən məlumata əsasən, ain.az bildirir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Fuad Musayev sentyabrın 19-da Şirvan şəhərində Şirvan şəhərinin və Hacıqabul rayonunun sakinlərini qəbul edəcək.

Qəbul zamanı vətəndaşların Nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.Vətəndaşlar 10-16 sentyabr tarixlərində Nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.

XQ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
136
2
xalqqazeti.az

10Источники