RU

Məşhur Məmmədov qəbul keçirdi

Bu gün Masallıda, Yeni Azərbaycan Partiyasının inzibati binasında seçicilərlə qəbul-görüş keçirdim.

Tədbirdə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev də iştirak edirdi.

Qəbul-görüşdə 18 nəfər iştirak edirdi. Onlardan ikisi şəhid atası idi.

 Hər bir vətəndaşın müraciətini fərdi dinlədim, onların qaldırdıqları məsələlərin həlli ilə bağlı müvafiq addımların atılması üçün qeydlər etdim. Dərs ilinin başlaması ilə bağlı bəzi xahişləri yerində həllini tapdı. Digər müraciətlər isə köməkçilər tərəfindən müvafiq qurumlara göndərilməsi üçün qeydə alındı.

Seçicilərimizlə açıq dialoq, onların problemlərinin birbaşa dinlənilməsi fəaliyyətimizin əsas istiqamətlərindəndir.

 Qalib dövlətimizin hər bir vətəndaşı diqqət və qayğıya layiqdir.

Məşhur Məmmədov

Milli Məclisin deputatı

Избранный
10
sabahinfo.az

1Источники