RU

Rusiya 400-dən çox dronla Ukraynaya hücum etdi

Rusiya ordusu dünən axşamdan etibarən Ukraynaya 415 pilotsuz uçuş aparatı ilə hücum edib.Metbuat.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna ordusunun Hava Qüvvələri yayıb. Rusiyalı hərbçilər hücum zamanı dronlarla yanaşı, 43 raketdən istifadə edib. “Bunların 413-nü zərərsizləşdirmək mümkün olsa da, 16 raket və 21 dron hədəfə dəyib”, - məlumatda qeyd olunub.Bildirilib ki, Rusiyaya məxsus dronlardan 8-i Polşa istiqamətində Ukraynanın dövlət sərhədlərindən çıxıb.

Xatırladaq ki, Polşa ölkənin hava məkanının pilotsuz uçuş aparatları ilə pozulmasını qeydə alıb. Nəticədə plkənin bir neçə aeroportunun fəaliyyəti dayandırılıb. Polşa ordusu isə ölkənin hava məkanını pozan bir neçə PUA-nın vurulduğunu açıqlayıb. Vurulan PUA-lardan birinin qalıqları Belarusla sərhədin yaxınlığında tapılıb.

Избранный
26
1
metbuat.az

2Источники