RU

Polşa NATO ilə Rusiyaya 4-cü maddənin tətbiqini müzakirə edir - PREZİDENT

Polşa hakimiyyəti Rusiyanın ölkənin hava məkanını pozması ilə bağlı NATO Müqaviləsinin 4-cü maddəsinin tətbiqini müzakirə edir.
Teleqraf xəbər verir ki, bu barədə Polşa Prezidenti Karol Navrotski jurnalistlərə açıqlamasında bildirib.
"Milli Təhlükəsizlik Bürosunda NATO Müqaviləsinin 4-cü maddəsinin tətbiq imkanları müzakirə edilib"- o qeyd edib.
Lakin prezident hansı qərarın qəbul edilib-edilmədiyini açıqlamayıb.
Qeyd edək ki, NATO-nun 4-cü maddəsi üzv ölkələrə müttəfiqlərlə məsləhətləşmə aparmaq hüququ verir. Əgər bir NATO ölkəsi öz təhlükəsizliyinin pozulduğunu və ya təhdid altında olduğunu hesab edirsə, o, NATO-nun digər üzvləri ilə məsləhətləşmələr aparmaq üçün 4-cü maddədən istifadə edə bilər.

Bu maddə dərhal hərbi müdaxilə tələb etmir. Məqsəd məsələnin müzakirəsi, informasiya paylaşımı və birlikdə addımların planlaşdırılmasıdır.

4-cü maddə NATO-nun kollektiv müdafiə prinsipi ilə (5-ci maddə) qarışdırılmamalıdır. 5-ci maddə faktiki hərbi müdaxilə üçün istifadə olunur, 4-cü maddə isə yalnız konsultasiya və koordinasiya üçündür.

Xatırladaq ki, gecə saatlarında Rusiyanın Ukraynaya kütləvi hücumu fonunda Polşa hava hücumundan müdafiə qüvvələri və aviasiyasını yüksək hazırlıq vəziyyətinə gətirib. PUA-ların bəziləri sərhədi keçib.

Polşa ordusu ölkə ərazisinə daxil olan Rusiya dronlarını məhv edib.
Избранный
15
2
sherg.az

3Источники