ain.az, Bizimyol portalına istinadən məlumat yayır.
Ən böyük orqanlarımızdan biri olan qaraciyər qidadan alınan vitamin və mineralları udmaq, bədəndəki zərərli maddələri təmizləmək kimi həyati vacib funksiyaları yerinə yetirir.
Bizimyol.info xəbər verirb ki, Türkiyəli dietoloq Şükrü Can Gülşen mətbuata qaraciyər sağlamlığı üçün istehlak etməli olduğumuz qidalar haqqında dəyərli məlumatlar verib.
Badam, fındıq və qoz kimi çərəzlər
Badam, fındıq və qoz kimi çərəzlər HDL, yaxşı xolesterolu artırmağa kömək edir. Onlar həmçinin tokoferol və amin turşularının güclü mənbəyidir. Bu çərəzlərin istehlakı sağlam qaraciyər funksiyası üçün vacibdir.
Kətan toxumu
Kətan toxumu qaraciyər üçün vacib pəhriz lifi təmin edir. Pəhriz lifi ilə zəngin qidalar gündəlik kalori istehlakını tənzimləməyə kömək edir və ideal bədən çəkisini dəstəkləyir, qaraciyərin həddindən artıq işləməsinin qarşısını alır və bağırsaqlarda faydalı bakteriyaların böyüməsini təşviq edir. Bu, qaraciyərdə iltihabı azaldır və onu tənzimləyir.
Zeytun, Zeytun yağı
Zeytun və zeytun yağı sərbəst radikalları azaldan antioksidantlarla zəngindir və həmçinin tokoferollarla zəngindir. Onlar həmçinin HDL-ni yüksəltməklə qaraciyər yağlanmasının qarşısını alır.
Kərəviz
Kərəvizdə olan ftalid LDL və ya pis xolesterini aşağı salır. Kərəvizin tərkibindəki polisaxaridlər də ürək-damar sistemində iltihablanma riskini azaldır.
Ənginar
Kərəvizdə olan silimarin və sinarin kimi maddələr hüceyrələrin yenilənməsini təşviq edir və qaraciyərin təmizlənməsinə kömək edir.
Qəhvə
Mütəmadi olaraq, doğru zamanda şəkərsiz qəhvə içən qaraciyər xəstəliyi olan insanlarda kofe içməyənlərə nisbətən daimi qaraciyər zədələnməsi və sirozun əhəmiyyətli dərəcədə aşağı olduğu müəyyən edilmişdir. Sərbəst radikalları azaldan birləşmələri ehtiva edən qəhvə bu xəstəlikləri neytrallaşdırır və oksidləşdirici stressi azaldır.
Balıq
N-3 və n-9 yağ turşuları və amin turşuları ilə zəngin olan balıq da qaraciyər üçün faydalı bir qidadır.
Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.