RU

Ukrayna SQ Belqorod vilayətinə 79 dronla hücum edib

Ukrayna Silahlı Qüvvələri son sutka ərzində 79 pilotsuz uçuş aparatından istifadə etməklə Belqorod vilayətində yaşayış məntəqələrinə hücum edib. Bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov bildirib.

AZƏRTAC xəbər verir ki, bir müəssisənin avtomobil dayanacağına pilotsuz uçuş aparatının zərbə endirməsi nəticəsində Novaya Tavoljanka kəndində bir mülki şəxs xəsarət alıb. Həmin şəxsə lazımi tibbi yardım göstərilib və ambulator müalicəyə göndərilib. Digər zərərçəkmiş barotravma diaqnozu ilə həkimə müraciət edib və o da ambulator müalicə alır.

Bundan əlavə, Ukrayna Silahlı Qüvvələri Belqorod vilayəti hökumətinin binasına hücum edərək fasada ziyan vurub. Vəziyyətin gərginləşməsi ilə əlaqədar Belqorod şəhərində və vilayətin ərazisində iri ticarət mərkəzlərinin işi müvəqqəti olaraq dayandırılıb.

Избранный
66
azerbaijan-news.az

1Источники