RU

AQEM-in Baş katibi: TDT ilə əlaqələr qurmağı düşünürük

AQEM olaraq Türk Dövlətləri Təşkilatı ilə əlaqələr qurmağı düşünürük.

APA xəbər verir ki, bunu AQEM-in Baş katibi Kairat Sarıbay Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Beyin Mərkəzləri Forumunun 13-cü toplantısınının “Beynəlxalq təşkilat kimi AQEM — transformasiya və institusional potensialın artırılması” sessiyasında çıxışı zamanı deyib.

“Bizim bir sıra beynəlxalq təşkilatlarla əlaqələrimiz var. Digər təşkilatlarda da, o cümlədən Türk Dövlətləri Təşkilatı ilə də münasibətlər qurmağı düşünürük”, - AQEM-in baş katibi qeyd edib.

Kairat Sarıbay təhlükəsizlik məsələləri ilə bağlı danışarkən AQEM-in ATƏT-dən nə ilə fərqləndiyini də açıqlayıb:

“ATƏT güclü dövlətlərin kompromisi nəticəsində qurulub. AQEM-in əsas sənədi olan Almatı aktında isə, bizim təşkilatımızın orta gücdə olan ölkələri bir yerə toplayıb beynəlxalq aləmdə təhlükəsizlik boşluqlarını doldurması nəzərdə tutulub".

O təşkilatın blok yox, daha çox platforma, çətir təşkilatı olduğunu ifadə edib və AQEM-i yega pan-Asiya təşkilatı adlandırıb.

Избранный
14
apa.az

1Источники