RU

“Enotec” QSC-nin vəziyyəti - MƏLUM OLDU - HESABAT

“Encotec” QSC 2024-cü ilin yekunlarına dair maliyyə hesabatlarını açıqlayıb.

FED.az xəbər verir ki, .irkətin gəliri 39 milyon manat təşkil edib. Bu, ötən ilə nisbətən 14,6 milyon manat (60,1%) çoxdur.

Satışın maya dəyəri 21,9 milyon manat olub. Bu da illik müqayisədə 7,3 milyon manat (50,5%) artımdır.

Gəlirlərin artım tempi maya dəyərini üstələdiyi üçün, şirkətin ümumi mənfəəti 17,1 milyon manata yüksəlib. Bu, ötən ilə nisbətən 7,3 milyon manat (74,3%) artım deməkdir.

Ümumi və inzibati xərclər 3,9 milyon manat təşkil edib ki, bu da illik 1,1 milyon manat (39,3%) artımdır.

Bu amillərin birgə təsiri ilə əməliyyat fəaliyyətindən mənfəət 13,2 milyon manat olub. Bu, illik müqayisədə 6,3 milyon manat (90,7%) artım deməkdir.

Şirkət maliyyə xərclərini 237,2 min manata endirib. Bu, ötən ilə nisbətən 171,7 min manat (42%) azalmadır.

Nəticədə, şirkətin vergidən əvvəlki mənfəəti  illik 6,4 milyon manat (99%) artımla 12,9 milyon manata yüksəlib.

Bütün bunların yekununda, şirkət 2024-cü ili 10,3 milyon manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin nəticəsindən 5,1 milyon manat və ya 99,1% çoxdur.

Şirkətin cəmi aktivləri ötən ilin sonuna 18,1 milyon manat təşkil edib. Bu, 2023-cü ilin sonu ilə müqayisədə 3,3 milyon manat (22,6%) artımdır.

Cəmi uzunmüddətli aktivlər 5,9 milyon manat olub. Bu da illik 857,0 min manat (16,9%) artımdır.

Törəmə müəssisələrə investisiyalar 5,1 milyon manata yüksələrək 850,6 min manat (20,0%) artıb.

Torpaq, tikili və avadanlıqlar 435,2 min manat təşkil edib ki, bu da illik 124,9 min manat (40,2%) artım deməkdir.

Qeyri-maddi aktivlər (Intangible assets) isə 391,1 min manata enərək 119,0 min manat (23,3%) azalıb.

Cəmi qısamüddətli aktivlər 12,1 milyon manat təşkil edib. Bu isə illik 2,5 milyon manat (25,7%) artımdır.

Debitor borcları 5,6 milyon manata yüksələrək 2,4 milyon manat (74,7%) artıb.

Sair debitorlar və avanslar 319,9 min manat (2,8 dəfə) artımla 494,4 min manata çatıb.

Mal-material ehtiyatları 1,4 milyon manat olub. Bu, illik 128,4 min manat (8,2%) azalmadır.

Pul vəsaitləri isə 867,4 min manat təşkil edərək 324,0 min manat (27,2%) azalıb.

Cəmi öhdəliklər 6,4 milyon manat təşkil edib. Bu da illik 83,9 min manat (1,3%) azalma deməkdir.

Kreditlər və borclar üzrə öhdəliklər  834,2 min manat (22,8%) azalaraq 2,8 milyon manata düşüb.

Kreditor borcları 2,5 milyon manat olub. Bu, illik 368,7 min manat (17,2%) artımdır.

Sair öhdəliklər isə 1,1 milyon manata yüksələrək 381,7 min manat (53,3%) artıb.

Cəmi kapital 11,6 milyon manata yüksəlib. Bu isə son bir ildə 3,4 milyon manat (41,7%) artım deməkdir.

Bölüşdürülməmiş mənfəət 11,6 milyon manat təşkil edib ki, bu da illik 3,4 milyon manat (41,8%) artımdır.

Nizamnamə kapitalı 2,0 min manat səviyyəsində dəyişməz qalıb.

Digər kapital isə 3,4 min manatdan sıfıra enərək tamamilə silinib.

image

image

Избранный
37
fed.az

1Источники