RU

Energetika Nazirliyində vətəndaşlarla görüş olub

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 10 sentyabr, AZƏRTAC

Energetika naziri Pərviz Şahbazov Bakı, Sumqayıt, Gəncə şəhərləri, həmçinin Qusar, Astara rayonlarından olan vətəndaşlarla görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə elektrik şəbəkəsinə qoşulma, qaz təchizatı, qaz veriliş xəttinin mühafizə zonası, elektrik və qaz sayğaclarının quraşdırılması, işlə təminat və digər istiqamətlərdə müraciətlər dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün aidiyyəti struktur bölmələrə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə rəhbər vəzifəli şəxslərin vətəndaşlarla görüş qrafiki nazirliyin rəsmi internet saytında yerləşdirilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
70
7
azertag.az

8Источники