RU

Paytaxta külli miqdarda narkotik vasitə və psixotrop maddə gətirmək istəyən şəxs Cəlilabadda saxlanılıb

Bakı. Trend:

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitəvə psixotrop maddələrin dövriyyəsinə qarşı həyata keçirdikləritədbirlərlə 40 yaşlı Mahir Atəşrus saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilənməlumata görə, ondan ümumilikdə 18 kiloqramdan artıq marixuana vəmetamfetamin aşkarlanıb.

Araşdırmalarla M.Atəşrusun şəxsiyyəti araşdırılan İran vətəndaşıtərəfindən narkokuryerliyə cəlb edildiyi və maddi qazancqarşılığında həmin narkotik vasitələri Bakı şəhəri ərazisindədeyiləcək ünvanlara çatdırmağa razılaşdığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsindəhəbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

Məqalədə:
Избранный
45
42
az.trend.az

10Источники