RU

Şıxlinskiyə qarşı ittihamlar SƏRTLƏŞDİRİLİB

Yazını böyüt
Yazını kiçilt

Yekaterinburq vilayətindəki Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinskinin oğlu vəkil Mutvalı Şıxlinskiyə qarşı ittihamlar sərtləşdirilib.

Hafta.az xəbər verir ki, indi o, Rusiya Cinayət Məcəlləsinin 318-ci maddəsinin 2-ci hissəsi (hakimiyyət nümayəndəsinə qarşı həyat üçün təhlükəli olan zorakılıq tətbiq etmə) ilə ittiham olunur ki, bu da 10 ilədək həbs cəzası nəzərdə tutur. Bir gün əvvəl məhkəmə onun barəsində həbs qətimkan tədbirini uzadıb.

Qeyd edək ki, Mutvalının atası Şahin Şıxlinski də SİZO-1-də həbsdədir. O, adam öldürməyə cəhd ittihamı ilə saxlanılır və günahını inkar edir.

Избранный
10
5
hafta.az

7Источники