Sentyabrın 11-dən Rusiyada hüquqi statusunu tənzimləməyən əcnəbi vətəndaşlar ölkədən deportasiya olunacaqlar.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Miqrasiya Xidməti məlumat yayıb.
Qeyd olunur ki, sentyabrın 11-dən ölkədə hüquqi statusu tənzimləmək mümkün olmayacaq, çünki bunun üçün verilən müddət bitəcək. Göstərilən tarixdən əcnəbilərə qarşı qanunvericiliklə nəzərdə tutulmuş bəzi hüquqların məhdudlaşdırılması tədbirləri tətbiq olunacaq.