AZ

Əcnəbilər Rusiyadan deportasiya ediləcək

Sentyabrın 11-dən Rusiyada hüquqi statusunu tənzimləməyən əcnəbi vətəndaşlar ölkədən deportasiya olunacaqlar.
 
Moderator.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Miqrasiya Xidməti məlumat yayıb.
 
Qeyd olunur ki, sentyabrın 11-dən ölkədə hüquqi statusu tənzimləmək mümkün olmayacaq, çünki bunun üçün verilən müddət bitəcək. Göstərilən tarixdən əcnəbilərə qarşı qanunvericiliklə nəzərdə tutulmuş bəzi hüquqların məhdudlaşdırılması tədbirləri tətbiq olunacaq. 
Seçilən
8
5
moderator.az

6Mənbələr