Panik atak qəfil başlayan və gözlənilməz qorxu tutmaları ilə xarakterizə olunur. Tutma zamanı ürək döyüntüsü, tərləmə, titrəmə, nəfəs darlığı və üşütmə kimi əlamətlər müşahidə olunur.
Pravda.az bildirir ki, insanlarda bu vəziyyət ürək tutması, huşunu itirmə və ya ölümlə bağlı güclü qorxu yaradır. Mütəxəssislərə görə, hər panik tutma panik atak demək deyil, bu hallar digər ruhi və fiziki xəstəliklərdə də görülə bilər.
İnsanların təxminən 10 faizi ömrü boyu ən az bir dəfə panik tutma keçirir. Xəstəlik qadınlarda kişilərə nisbətən 2–3 dəfə çox rast gəlinir. 65 yaşdan sonra nadir hallarda müşahidə olunur.
Xəstəliyin əlamətləri:
Ani qorxu və təşviş
Ürəkgetmə və ölüm qorxusu
Güclü tərləmə, titrəmə, ürək döyüntüsü
Nəfəs darlığı və boğulma hissi
Müalicə üsulu:
Panik atakın müalicəsində həm dərmanlar, həm də psixoterapiya təsirlidir. Xəstəliyin səbəblərinin izah edilməsi və davamlı psixoloji dəstək sağalma şansını artırır. Mütəxəssislər bu əlamətlərin yaşandığı halda ailə həkiminə və ya psixiatr mütəxəssisinə müraciət etməyi tövsiyə edirlər.
Əminə Bayramova