RU

Polşanın baş naziridən SON DƏQİQƏ açıqlaması - Hazırda əməliyyat keçirilir

Polşanın baş naziri Donald Tusk ölkə hərbçilərinin gecə saatlarında hava məkanını pozan obyektləri vurduğunu təsdiqləyib.

Musavat.com xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində yazıb.

Tuskun sözlərinə görə, hazırda Polşanın hava məkanının çoxsaylı pozulması ilə bağlı əməliyyat həyata keçirilir:

“Ordu obyektlərə qarşı silahdan istifadə edib”.

Baş nazir əlavə edib ki, prezident Karol Navrocki də baş verənlərdən məlumatlandırılıb.

Qeyd edək ki, Ukraynanın monitorinq kanalları bir neçə rus pilotsuz təyyarəsinin Polşa ərazisinə daxil olduğunu açıqlayıb.

Musavat.com

Избранный
31
1
musavat.com

10Источники