RU

ABŞ Konqresinin nümayəndə heyəti Çinə rəsmi səfər edəcək

Bakı. Trend:

ABŞ Konqresinin Nümayəndələr Palatasının iki partiyalıqanunverici qrupu sentyabr ayında Çinə rəsmi səfər edəcək.

Trend NBCtelekanalına istinadla xəbər verir ki, rəsmilərin Çin XalqRespublikasının sədri Si Cinpinlə görüşməsi nəzərdə tutulur.

Bu, Nümayəndələr Palatası üzvlərinin 2019-cu ildən bəri Çinə ilkbelə səfəri olacaq.

Qeyd edək ki, bundan əvvəl Çin Xalq Respublikasının Baş Gömrükİdarəsi məlumat yayıb. Bildirilib ki, Çin ilə ABŞ arasında ticarətdövriyyəsi yanvar-avqust aylarında təxminən 380 milyard dollaraenib. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 14faizdən çox azdır.

Избранный
52
az.trend.az

1Источники