RU

55 ildir işləməyən “Qiyamət Radiosu”ndan qorxulu yayım: 2 sirli mesaj göndərildi

Soyuq Müharibə dövründən qalma sirli radio stansiyası – UVB-76 illər sonra yenidən fəaliyyətə başlayıb.

News24.az əbər verir ki, “Qiyamət Radiosu” adı ilə tanınan bu stansiya əvvəllər sadəcə monoton uğultu səsi verirdi. Lakin son günlər uğultu 2 dəfə kəsilərək rus dilində sirli mesajlar yayımlanıb. Mesajlarda kod sözlər, rəqəmlər və çağırış işarələri səslənib.

Bu yayımlar sosial şəbəkədə sürətlə yayılıb və insanlarda narahatlıq yaradıb. Mütəxəssislərə görə, stansiya nüvə müharibəsi zamanı ehtiyat rabitə vasitəsi kimi istifadə oluna bilər. Digər nəzəriyyələrə əsasən isə o, uçan naməlum obyektlərlə əlaqə və ya zehin nəzarəti məqsədilə qurulub. Hələlik yayımların həqiqi səbəbi ilə bağlı rəsmi açıqlama verilməyib.

Избранный
60
1
news24.az

2Источники