RU

Pirəkəşküldə 63 yaşlı kişini vuran sürücü tapılmırVİDEO

Piyadanı vuran avtomobilin sürücüsü 8 gündür ki, gizlənir.

Xezerxeber.az xəbər verir ki, hadisə sentyabrın 1-də Abşeronun Pirəkəşkül kəndi ərazisində baş verib. 63 yaşlı Fitatxan Quliyev ayıq sürücü olaraq müştərini ünavana aparıb. Maşından düşəndən sonra isə onu başqa avtomobil vurub. Hadisəni törədən şəxs həmin gündən sonra zərərçəkmişlə maraqlanmayıb.

Zərərçəkmişin oğlu deyir ki, atasının müalicəsi üçün yüksək məbləğdə vəsait lazımdır. Hazırda isə onların bu pulu ödəməyə imkanları çatmır.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov "Xəzər Xəbər"ə bildirdi ki, vətəndaşın müraciəti üzrə ərazi polis orqanında araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
52
2
xezerxeber.az

3Источники