RU

Media: İsrail Dohaya hücumla bağlı ABŞ-ı əvvəldən məlumatlandırıb

Vaşinqton, 9 sentyabr, AZƏRTAC

İsrail Qətərin paytaxtı Dohada HƏMAS-ın yüksək səviyyəli liderlərinə hava zərbələri endirməzdən əvvəl ABŞ-ı məlumatlandırıb.

AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ mediası Ağ evdəki mənbəyə istinadən yazır.

Qeyd edək ki, ABŞ-ın Dohadakı səfirliyi də obyektləri üçün özünüizolyasiya rejiminə keçib. ABŞ vətəndaşlarına da eyni rejimə keçmək və səfirliyin sosial mediasını izləmək tövsiyə olunub.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Избранный
41
1
azertag.az

2Источники