Yarovoy şəhərində Rusiya zərbəsi nəticəsində 24 nəfər həlak olub.
APA xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti məlumat yayıb.
Qurumun açıqlamasına görə, hücum nəticəsində 19 nəfər yaralanıb.
***
13:31
Rusiya ordusu Donetsk bölgəsindəki Yarovaya kəndində zərbə endirib.
APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün Telegram kanalında bildirib.
Onun sözlərinə görə, 20-dən çox ölü var.
Ukrayna lideri diqqətə çatdırıb ki, kənd pensiya verildiyi zaman bombalanıb.
“Dünya susmamalıdır. Dünya hərəkətsiz qalmamalıdır. ABŞ-ın reaksiyası lazımdır. Avropanın reaksiyası lazımdır”, - Zelenski qeyd edib.