RU

AÇ: Basketbol millimizin oyunlarının təqvimi bəlli oldu

Kişi baskebolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının (AÇ) seçmə mərhələsində keçirəcəyi oyunların təqvimi müəyyənləşib.

Arena.az xəbər verir ki, 2029-cu ildə təşkil olunacaq AÇ-2026-nın seçmə mərhələsinə bu il start veriləcək və gələn ilin yayında yekun vurulacq.

Azərbaycan millisi seçmə mərhələdə Şimali Makedoniya, Lüksemburq və İrlandiya yığmaları ilə mübarizə aparacaq.

Qeyd edək ki, komandalar qruplarda dairəvi sistemlə (hər biri bir-biri ilə) ev və səfər formatında qarşılaşacaqlar. A qrupunda hər komanda 6 oyun, B və C qruplarında isə hər komanda 4 oyun keçirəcək. Hər qrupun qalibi (1-ci yeri tutan komanda) birbaşa növbəti mərhələyə yüksələcək.

Ən yaxşı ikinci yerlərdən biri də əlavə olaraq irəliləyə bilər (FIBA-nın ümumi reqlamentinə görə, qrupların balansı üçün). A qrupunda 4 komanda olduğuna görə, ən yaxşı qrup ikincisi uğrunda mübarizədə sonuncu pilləni tutmuş komanda ilə oyunların nəticələri nəzərə alınmayacaq.

AÇ-2029-un seçmə mərhələsi

2025-ci il

27 noyabr
Şimali Makedoniya – Azərbaycan

30 noyabr
Azərbaycan – Lüksemburq

2026-cı il

27 fevral
İrlandiya – Azərbaycan

2 mart
Azərbaycan – Şimali Makedoniya

2 iyul
Lüksemburq – Azərbaycan

5 iyul
Azərbaycan – İrlandiya

error: Məzmun qorunur!
Избранный
22
4
arena.az

10Источники