RU

Formula 1: "Maklaren" Bakıda kubok qazana bilər

BAKI, 9 sentyabr. TELEQRAF

"Maklaren" komandası Azərbaycan Qran-Prisində cari mövsümün Mühəndislər Kubokunu qazana bilər.

Teleqraf xəbər verir ki, bunun üçün Böyük Britaniya təmsilçisinə Bakı Şəhər Halqasında təşkil olunacaq yarışın yekununda "Ferrari"dən 9 xal daha çox toplaması lazımdır.

Hazırda Mühəndislər Kubokunun turnir cədvəlində "Maklaren" 617 xalla birinci, "Ferrari" isə 280 xalla ikinci sırada qərarlaşıb.

Qeyd edək ki, Mühəndislər Kubokunun son qalibi "Maklaren"dir.

Azərbaycan Qran-Prisi sentyabrın 19-21-də keçiriləcək.

Избранный
6
teleqraf.com

1Источники