RU

Demokratlar Trampın Epşteynə yazdığı iddia edilən məktubu paylaşdı

Demokratlar Trampın Epşteynə yazdığı iddia edilən məktubu paylaşdı

ABŞ Nümayəndələr Palatasındakı Demokratlar prezident Donald Trampın yetkinlik yaşına çatmayan qızlara yönəlik fahişəlik şəbəkəsi yaratmaqda ittiham olunaraq həbsdə ölü tapılan milyarder Ceffri Epşteynə göndərdiyi iddia edilən və Trampın inkar etdiyi cinsi məzmunlu ad günü məktubunu ictimaiyyətə açıqlayıb.

ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsindəki Demokratlar ölkədə müzakirələrə səbəb olan Epşteyn məktubunu ictimaiyyətlə paylaşıb.

Komitənin verdiyi açıqlamada Trampın inkar etdiyi ad günü məktubunun ABŞ Prezidenti tərəfindən Epşteynə göndərildiyi irəli sürülüb.

Məktubun 2003-cü ildə Epşteynin ad günü üçün hazırlanan hədiyyə paketinin bir hissəsi olaraq göndərildiyi iddia olunmuşdu. Trampın adı və imzası olan məktubda əl ilə çəkilmiş kimi görünən əyri xətli qadın silueti və onun çərçivələnmiş mətnlə müşayiət edildiyi qeyd olunub.

Məktubda Trampın Epşteynə xitabən belə dediyi iddia edilib: “Dostluq möhtəşəm bir şeydir. Ad günün mübarək olsun. Hər günün başqa bir möhtəşəm sirr olmasını arzulayıram”.

Qeyd edək ki, Tramp sözügedən məktubla bağlı xəbər dərc edən The Wall Street Journal qəzetinə 10 milyard dollarlıq iddia qaldırmış və məktubla əlaqəli bütün iddiaları rədd etmişdi.

Избранный
125
afn.az

1Источники