RU

Bu ölkədə təyyarə qəzası oldu -

Polşada yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.Metbuat.az xəbər verir ki, hadisə Lipova kəndində baş verib. "Səhər saat 9:36-da təyyarə qəzasının baş verməsi barədə məlumat aldıq. İki nəfər hadisə yerində həlak olub. Eniş zamanı təyyarədə nasazlıqlar yaranıb və o, qəzaya uğrayıb", - Jivets rayon yanğından mühafizə rəisinin mətbuat katibi Tomaş Kolodzey bildirib.

Polis və xilasetmə xidmətlərinin əməkdaşları hadisə yerindədir. Qəzanın səbəbləri araşdırılır.

Избранный
12
1
metbuat.az

2Источники