RU

Rusiyadan iddia: Pakistan Ermənistanı Avrasiya İqtisadi İttifaqına daxil olmaq üçün tanıyır

ain.az, Hurriyyet saytına istinadən bildirir.

Hurriyyet.az xəbər verir ki, TASS informasiya agentliyi "BMT-dəki mənbənin" ona belə bir məlumat verdiyini iddia edir.

Agentliyin yazdığına görə, mənbə Pakistanın Ermənistanı BMT ölkəsi kimi tanımasının qarşılığında İslamabadın Avrasiya İqtisadi İttifaqına qoşulmaq istədiyini bildirib. Agentlik yazır: "Pakistan həqiqətən də bunu etməyi planlaşdırır. Cavab addımı olaraq Aİİ-yə qoşulmaq məsələsində konsensus almağı gözləyir".

Xatırladaq ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə əlaqədar Pakistan indiyə qədər Ermənistanı dövlət kimi tanımayıb. Azərbaycanla Ermənistan arasında sülh prosesində irəliləyişdən, xüsusilə avqustun 8-də Vaşinqtonda imzalanmış razılaşmadan sonra İslamabad İrəvana qarşı mövqeyini yumşaldıb və diplomatik əlaqələr qurmağa razı olub.

Hürr Tərcüman

 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
53
2
hurriyyet.az

3Источники