RU

Zelenski: Putin Donbassı almaq istəyir, bu, Rusiyaya 2-3 milyon insanın həyatına başa gələcək

Putin ilin sonuna qədər Donbassı almaq istəyir, bu, Rusiyaya iki və ya üç milyon insanın həyatına başa gələcək.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ABC News-a müsahibədə deyib.

“O (Putin), amerikalılara, Ağ Evə və Prezident Trampın nümayəndəsi Uitkoffa Donbassı ilin sonuna qədər maksimum iki-üç ayda alacağını söyləyib”, - Zelenski bildirib.

Zelenski bu informasiyanın mənbəyini açıqlamayıb.

Избранный
50
9
apa.az

10Источники