Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Bakı, 9 sentyabr, AZƏRTAC
Dünya çempionatı öncəsi üç toplanış keçdik. Hər üç hazırlıq prosesi faydalı oldu.
AZƏRTAC xəbər verir ki, bu sözləri sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi Xetaq Qazyumov Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçiriləcək dünya çempionatına hazırlıq barədə danışarkən deyib.
O, mundialda qızıl medal hədəflədiklərini bildirib: "Müəyyən çəki dərəcələrindən gözləntilərimiz var. Müəyyən zədəlilərimiz oldu, lakin hazırda yaxşı durumdadırlar. Gənc güləşçilərə inanıram".
Qeyd edək ki, dünya çempionatı 13–21 sentyabr tarixlərində təşkil olunacaq.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.