RU

Ermənistanda müharibə iştirakçılarının ailələri əmlak vergisindən azad olunacaqlar

Ermənistanda müharibə zamanı həlak olanların, yaralananların, əsir və itkin düşmüş şəxslərin ailələri, habelə müharibə əlilləri daşınar və daşınmaz əmlak vergisindən azad olunacaqlar.

Herbiand.az erməni mətbuatına istinadən bildirir ki, müvafiq qərar sentyabrın 9-da İrəvan Ağsaqqallar Şurasının iclasında qəbul edilib.

Qərar şəhərin mülkiyyətində olan, pulsuz istifadəyə verilmiş əmlaka şamil edilir. Hesablanmış vergi öhdəliklərinin və cərimələrin məbləği 42 milyon 855 min dramdır.

Bəxtiyar CƏFƏRLİ

Избранный
36
herbiand.az

1Источники