RU

Lənkəranda qonşular arasında dava: Fiziki qüsurlu qadın xəsarət aldı – FOTO

Lənkəran rayonunun Türkəkəran kəndində qonşular arasında mübahisə davaya çevrilib. Hadisə zamanı kənd sakini, 1974-cü il təvəllüdlü Mələk Nəsirova qonşusu Nərminə Əliyevanın hücumuna məruz qalıb.

Bizim.Media xəbər verir ki, baş və üz nahiyəsindən xəsarət alan M.Nəsirova xəstəxanaya yerləşdirilib. Qarşı tərəf isə hücum etmədiyini, əksinə, M.Nəsirovanın əvvəlcə ona hücum etdiyini iddia edib.

Məlumata görə, M.Nəsirova birinci qrup əlildir, anadangəlmə lal və kardır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, tərəflərin qarşılıqlı müraciəti əsasında Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır. Təyin olunmuş ekspertizanın nəticələrinə əsasən, məsələyə hüquqi qiymət veriləcək.









Sabutay, Bizim.Media, Cənub bürosu

Избранный
68
7
bizim.media

10Источники