AZ

Lənkəranda qonşular arasında dava düşdü - FOTO

LƏNKƏRAN, 9 sentyabr. TELEQRAF

Lənkəranın Türkəkəran kəndində qonşular arasında yaranan mübahisə davaya çevrilib.

Teleqraf-ın cənub bürosu xəbər verir ki, hadisə zamanı kənd sakini, 1974-cü il təvəllüdlü Mələk Nəsirova qonşusu Nərminə Əliyevanın hücumuna məruz qalıb. Nəticədə baş və üz nahiyəsindən xəsarət alan M.Nəsirova xəstəxanaya yerləşdirilib. Qarşı tərəf isə əvvəlcə M.Nəsirovanın ona hücum etdiyini iddia edib.

Qeyd edək ki, M.Nəsirova birinci qrup əlildir, fiziki qüsurludur və anadangəlmə lal-kardır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Teleqraf-a verilən açıqlamada bildirilib ki, tərəflərin qarşılıqlı müraciəti əsasında hazırda Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat aparılır. Araşdırma çərçivəsində təyin olunmuş müvafiq ekspertizanın nəticələrinə əsasən məsələyə hüquqi qiymət veriləcək.

Seçilən
62
7
teleqraf.com

8Mənbələr