Azərbaycanda 2 dəmir yolu stansiyasında ödənişlərin “Sima Pay” vasitəsilə üztanıma ilə aparılması test edilib.
“APA-Economics” xəbər verir ki, bunu “Azintelecom-un rəqəmsal xidmətləri medianın gözü ilə” adlı tədbirdə qurumun şöbə müdiri Tamerlan Məşədihəsənli deyib.
O bildirib ki, digər stansiyalarda da üztanlma ilə ödənişlərin edilməsi istiqamətində işlər aparılır:
“Hazırda supermarketlər şəbəkələri ilə də danışırıq ki, onlarda da üztanıma ilə ödənişlər mümkün olsun”.
“Gələcəkdə bankomatlarda da üztanıma texnologiyasından istifadənin tətbiqi ilə bağlı planlarımız var”, - deyə qurumun rəsmisi əlavə edib.
Gələcəkdə bu sistem metro və avtobuslarda da tətbiq oluna bilər