EN

Dəmir yolu stansiyalarında üztanıma ilə ödəniş edilməsi istiqamətində işlər aparılır

Azərbaycanda 2 dəmir yolu stansiyasında ödənişlərin “Sima Pay” vasitəsilə üztanıma ilə aparılması test edilib.

APA-Economics” xəbər verir ki, bunu “Azintelecom-un rəqəmsal xidmətləri medianın gözü ilə” adlı tədbirdə qurumun şöbə müdiri Tamerlan Məşədihəsənli deyib.

O bildirib ki, digər stansiyalarda da üztanlma ilə ödənişlərin edilməsi istiqamətində işlər aparılır:

“Hazırda supermarketlər şəbəkələri ilə də danışırıq ki, onlarda da üztanıma ilə ödənişlər mümkün olsun”.

“Gələcəkdə bankomatlarda da üztanıma texnologiyasından istifadənin tətbiqi ilə bağlı planlarımız var”, - deyə qurumun rəsmisi əlavə edib.

Gələcəkdə bu sistem metro və avtobuslarda da tətbiq oluna bilər

Chosen
59
7
apa.az

8Sources