RU

KİV: Pakistan Ermənistanı Aİİ-yə qoşulmaq üçün tanımaq niyyətindədir

Pakistan Ermənistanı BMT-nin üzvü kimi tanımaq niyyətindədir və bunun qarşılığında İrəvan Pakistana Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulmaq üçün "yaşıl işıq" yandıracaq.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə TASS mənbələrinə istinadən məlumat yayıb.

Agentliyin BMT-dəki həmsöhbətlərindən biri deyib ki, Pakistan həqiqətən bunu etməyi və qarşılıqlı addım kimi Aİİ-yə qoşulmaq məsələsində konsensus əldə etməyi planlaşdırır.

Digər diplomatik mənbə qeyd edib ki, müvafiq prosedurlar bir neçə həftədən bir neçə aya qədər çəkə bilər.

"Hər halda, bu, gözlənilən perspektivdir", - mənbə əlavə edib.

O, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bu məsələdə heç bir maneə yaratmadığını da vurğulayıb.

Qeyd edək ki, Pakistan və Ermənistan diplomatik münasibətlərin qurulmasını nəzərdən keçirməyə razılaşıb.

Xatırladaq ki, Pakistan Ermənistan ilə diplomatik münasibətlər qurmayıb. Bu qərar sırf Azərbaycan torpaqlarının işğal səbəbinə görə qəbul edilib.
Избранный
11
2
sherg.az

5Источники