AZ

Pakistan Aİİ-yə qoşulmaq müqabilində Ermənistanı BMT üzvü kimi tanımağa hazırdır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Pakistan Ermənistanı BMT-nin üzv ölkəsi kimi tanımaq niyyətindədir, bunun qarşılığında Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulması üçün rəsmi İslamabada yaşıl işıq yandırılacaq.
Oxu.Az bildirib ki, bu barədə TASS mənbələrə istinadən məlumat yayıb.
"Pakistan həqiqətən bunu etməyi və cavab addımı kimi - Aİİ-yə daxil olmaq məsələsində konsensus əldə etməyi planlaşdırır", - deyə agentliyin BMT-dəki həmsöhbətlərindən biri bildirib.
Digər diplomatik mənbə qeyd edib ki, müvafiq prosedurlar bir neçə həftədən bir neçə aya qədər çəkə bilər. O, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bu məsələdə heç bir maneə qoymadığını da vurğulayıb.
Seçilən
36
2
oxu.az

5Mənbələr