RU

Premyer Liqa klubu baş məşqçisini istefaya göndərdi

İngiltərə Premyer Liqasında baş məşqçi istefası reallaşıb.

Fanat.Az xəbər verir ki, Nunu Eşpiritu Santu "Nottingem Forest"dən ayrılıb. 

Klub sosial şəbəkə vasitəsilə məşqçinin gedişini təsdiqləyib. 

Yerli mətbuat portuqaliyalı mütəxəssisin istefasına səbəb kimi "meşəbəyilər"in sahibi Evangelos Marinakislə münaqişəsini göstərib. 

Nunu Eşpiritu Santu 2023-cü ilin dekabrından "Nottingem Forest"in baş məşqçisi idi. Komandanın sükanı altındakı əsas uğuru son İngiltərə Premyer Liqasında yeddinci yer tutması olub. 

Boş qalan posta əsas namizəd Ange Postekoğlu hesab edilir, həmçinin Joze Mourinyu variantı da nəzərdən keçirilir.

Mirağa

Избранный
43
fanat.az

1Источники