Pakistan Ermənistanı BMT-nin üzvü kimi tanımaq niyyətindədir və bunun qarşılığında İrəvan Pakistana Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulmaq üçün yaşıl işıq yandıracaq.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə TASS mənbələrinə istinadən məlumat yayıb.
Agentliyin BMT-dəki həmsöhbətlərindən biri deyib ki, Pakistan həqiqətən bunu etməyi və qarşılıqlı addım kimi Aİİ-yə qoşulmaq məsələsində konsensus əldə etməyi planlaşdırır.
Digər diplomatik mənbə qeyd edib ki, müvafiq prosedurlar bir neçə həftədən bir neçə aya qədər çəkə bilər.
"Hər halda, bu, gözlənilən perspektivdir", - mənbə əlavə edib.
O, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bu məsələdə heç bir maneə yaratmadığını da vurğulayıb.